- Transfer
- 18:38 24.11.2024
“Real Madrid”in futbolçusu Qaret Beyl növbəti dəfə Çindən təklif alıb.
Corner.az “Marca”ya istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin xidmətində “Şanxay Şenxua” maraqlıdır.
Əgər razılıq əldə olunsa, uelsli futbolçu qış fasiləsində komandasını dəyişəcək.
Qeyd edək ki, Beyli 2013-cü ildən “Real Madrid”də çıxış edir. O, cari mövsümdə Madrid təmsilçisinin heyətində iştirak etdiyi 7 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə verib.