- Transfer
- 23:40 13.11.2026
“Real” klubu “Atletiko Mineyro”nun 18 yaşlı müdafiəçisi Vitaonu transfer etmək istəyir.
90deqiqe.Az-ın “Sport”a istinadən məlumatına görə, braziliyalı futbolçunu “Brayton” və “Everton” da izləyir. İngiltərə klublarından “Brayton” transferlə bağlı ilk rəsmi təklifi göndərməyə hazırlaşır.
Mənbənin bildirdiyinə görə, “Brayton” qış transfer pəncərəsində Vitaonun keçidi üçün 14 milyon avro ödəməyə hazırdır. Bu məbləğ xarici klublar üçün futbolçunun müqaviləsində nəzərdə tutulan 20 milyon avroluq sərbəstqalma məbləğindən aşağıdır.
“Atletiko Mineyro” müdafiəçi ilə müqaviləni uzatmağa çalışıb. Klub bununla onun maaşını artırmağı və sərbəstqalma məbləğini yüksəltməyi planlaşdırıb. Lakin son həftələrdə tərəflər arasında danışıqlar dalana dirənib.
Hazırda Vitao Braziliya çempionatında çıxış edən futbolçular arasında ən aşağı maaş alan oyunçulardan biridir.