- Transfer
- 22:13 14.11.2026
“Arsenal” klubu “Leypsiq”in cinah hücumçusu Antonio Nusanın transferi ilə bağlı çalışmalarını intensivləşdirib.
90deqiqe.Az-ın “TeamTalk”a istinadən məlumatına görə, 21 yaşlı futbolçu London təmsilçisinin yanvar transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün əsas namizədlərindən biri hesab olunur.
“Arsenal”ın nümayəndələri Norveç millisinin üzvünün son üç oyununu stadiondan izləyiblər. London klubu artıq futbolçunun nümayəndələri ilə də əlaqə saxlayıb. Bildirilir ki, norveçli oyunçunun “Arsenal”a mümkün transferi də onun marağını cəlb edir.
Nusa cari mövsümdə 6 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, son üç qarşılaşmada – “Şalke”, “Mançester Siti” və “Auqsburq”la oyunlarda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Bununla belə, futbolçunun transferini reallaşdırmaq asan olmayacaq. Nusanın “Leypsiq”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir və sözləşmədə sərbəstqalma məbləği nəzərdə tutulmayıb.
Almaniya klubu 21 yaşlı vingerin transferi üçün təxminən 80 milyon avro tələb edir.