- Transfer
- 01:56 16.11.2026
İngiltərənin “Mançester Yunayted” klubu Mərakeş millisinin müdafiəçisi Nussair Mazrauini komandada saxlamaq niyyətindədir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Daily Briefing” nəşri məlumat yayıb.
Məlumata görə, “qırmızı şeytanlar” futbolçuya “Yuventus”, “Milan” və Səudiyyə Ərəbistanı klublarının maraq göstərməsinə baxmayaraq, qış transfer pəncərəsində onunla yollarını ayırmağı düşünmür.
Müdafiənin bir neçə mövqeyində çıxış etmək bacarığı Mazrauini komandanın ən faydalı futbolçularından birinə çevirib.
Qeyd edək ki, 29 yaşlı müdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2028-ci il iyunun sonunadək qüvvədədir. Onun transfer dəyəri 18 milyon avro qiymətləndirilir.