16 noyabr 2026. Bazar ertəsi

Pedro Porro “Barselona”ya keçmək istəyir


  • Transfer
  • 16:56 15.11.2026
  • Oxunma sayı: 47
Pedro Porro “Barselona”ya keçmək istəyir

İngiltərənin “Tottenhem” klubunun müdafiəçisi Pedro Porro karyerasını “Barselona” komandasında davam etdirməyi planlaşdırır.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.

27 yaşlı futbolçunun karyerasını davam etdirmək üçün bir neçə variantı olsa da, onun əsas hədəfi gələn ilin yayında “Kamp Nou”ya köçməkdir.

Lakin bu transferin reallaşmasına əsas maneə klublar arasındakı maliyyə fərqidir. “Tottenhem” ispaniyalı müdafiəçinin transferi üçün 70 milyon avro tələb edir. “Barselona” isə futbolçuya görə 50 milyon avrodan artıq ödəmək istəmir.

Qeyd edək ki, Pedro Porro cari mövsüm İspaniya çempionatında altı oyunda meydana çıxıb və bir sarı vərəqə alıb.







Transfer