16 noyabr 2026. Bazar ertəsi

“Real” və “Barselona” 17 yaşlı futbolçunun transferində maraqlıdır


  • Transfer
  • 18:17 15.11.2026
  • Oxunma sayı: 53
“Real” və “Barselona” 17 yaşlı futbolçunun transferində maraqlıdır

Mönhenqladbax “Borussiya”sının hücumameyilli yarımmüdafiəçisi Vael Moxiya bir sıra Avropa klublarının diqqətini cəlb edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə insayder Ekrem Konur sosial şəbəkə hesablarında məlumat yayıb.

Məlumata görə, 17 yaşlı alman istedadla maraqlanan klublar arasında “Real”, “Barselona”, “Milan”, “Liverpul”, “Bavariya”, Dortmund “Borussiya”sı və “Leypsiq” yer alır.

Bununla belə, futbolçu ilə bağlı hələlik heç bir rəsmi təklif irəli sürülməyib və danışıqlara başlanılmayıb.

Transfermarkt portalı Moxiyanın dəyərini 17 milyon avro qiymətləndirir. Futbolçunun klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci il iyunun sonunda başa çatır.







Transfer