16 noyabr 2026. Bazar ertəsi

Pep Qvardiola ABŞ millisinin baş məşqçisi olmaqdan imtina edib


  • Transfer
  • 22:04 15.11.2026
  • Oxunma sayı: 43
Pep Qvardiola ABŞ millisinin baş məşqçisi olmaqdan imtina edib

“Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola ABŞ milli komandasına rəhbərlik etmək təklifini qəbul etməyi planlaşdırmır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ Futbol Federasiyası 55 yaşlı ispaniyalı mütəxəssisə milli komandanın baş məşqçisi vəzifəsini təklif etmək niyyətindədir. Lakin Qvardiola bu məsələ ilə bağlı danışıqlarda maraqlı deyil.

2026-cı ilin yayında “Mançester Siti”dən ayrılan mütəxəssis bir il ərzində məşqçilik fəaliyyəti ilə məşğul olmamağı planlaşdırır. Bununla belə, Qvardiola daha əvvəl dəfələrlə gələcəkdə milli komandada çalışmaq arzusunda olduğunu bildirib.

Qeyd edək ki, daha əvvəl Maurisio Poçettinonun “Mançester Yunayted”in baş məşqçisi təyin olunduğu və bu postda Maykl Karriki əvəz etdiyi barədə məlumat yayılıb.







Transfer