16 noyabr 2026. Bazar ertəsi

“Barselona”, “Real”, “Liverpul” və PSJ Haalandı transfer etmək istəyir


  • Transfer
  • 23:52 15.11.2026
  • Oxunma sayı: 56
“Barselona”, “Real”, “Liverpul” və PSJ Haalandı transfer etmək istəyir

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland gələn il klubunu dəyişə bilər. Norveçli futbolçunun İngiltərə təmsilçisindəki mövcud vəziyyətdən narazı olduğu bildirilir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə İspaniyanın “El Nacional” nəşri məlumat yayıb.

Məlumata görə, “şəhərlilər”in hazırkı layihəsi 26 yaşlı hücumçunu qane etmir. Bundan əlavə, klubun maliyyə pozuntularına görə ağır cəza alma ehtimalı vəziyyəti daha da mürəkkəbləşdirir.

Bildirilir ki, Haalandla dörd klub – “Barselona”, “Real Madrid”, “Liverpul” və PSJ maraqlanır.

“Mançester Siti” rəhbərliyinin isə artıq norveçli futbolçunun mümkün əvəzləyiciləri üzərində işləməyə başladığı qeyd olunur. Namizədlər arasında “Brentford”un hücumçusu İqor Tyaqo və “Qalatasaray”ın forvardı Viktor Osimhen də var.

Qeyd edək ki, 26 yaşlı Erlinq Haalandın transfer dəyəri “Transfermarkt” portalı tərəfindən 220 milyon avro qiymətləndirilir.







Transfer