- Transfer
- 01:56 16.11.2026
“Barselona” heyətini gücləndirmək üçün transfer planları hazırlayır.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya klubu hazırda “Arsenal”da çıxış edən yarımmüdafiəçi Mikel Merinonu heyətində görmək istəyir.
“Mavi-qırmızılar” artıq bu transfer üzərində işə başlayıblar. İspaniya çempionunun 30 yaşlı futbolçuya marağı əsasən onun rəqib qapısı qarşısında komandanın hücum potensialını artıra bilməsi ilə əlaqələndirilir.
Mikel Merinonun “Barselona”ya keçidini komandanın ulduz vingeri Lamin Yamal da dəstəkləyir.
Qeyd edək ki, “Transfermarkt” portalının ekspertləri 30 yaşlı Mikel Merinonun transfer dəyərini 25 milyon avro qiymətləndirirlər.