- Transfer
- 01:56 16.11.2026
“Bavariya” Madrid “Real”ının davamlı marağı fonunda fransalı hücumçu Maykl Olise üçün transfer qiymətini müəyyənləşdirib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə İspaniyanın “Diario AS” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Almaniya klubunun rəhbərliyi 24 yaşlı vingeri yalnız 200-300 milyon avro qarşılığında buraxmağa hazırdır.
Fransalı futbolçunun Münhen təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Bavariya” rəhbərliyi hazırda Olise ilə daha yaxşı şərtlərlə yeni müqavilə imzalamaq üçün danışıqları davam etdirir.
Bununla belə, klubda gələn yay futbolçunun karyerasında növbəti addımı atmaq istəyə biləcəyi və İspaniya paytaxtına köçmək variantını nəzərdən keçirə biləcəyi də istisna edilmir.