17 noyabr 2026. Çərşənbə axşamı

“Kristal Pelas”ın yeni baş məşqçisi müəyyənləşib


  • Transfer
  • 22:09 16.11.2026
  • Oxunma sayı: 40
“Kristal Pelas”ın yeni baş məşqçisi müəyyənləşib

İngiltərənin “Kristal Pelas” klubu baş məşqçi vəzifəsinə Tomas Frankın təyin olunduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, 53 yaşlı danimarkalı mütəxəssis London təmsilçisi ilə 2029-cu ilin ortalarına qədər qüvvədə olacaq müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tomas Frank daha əvvəl “Tottenhem”ə rəhbərlik edib. O, bu ilin fevralında London klubundan ayrılıb. Mütəxəssis, həmçinin “Brentford”da təxminən yeddi il baş məşqçi vəzifəsində çalışıb.

Qeyd edək ki, “Kristal Pelas” əvvəlki baş məşqçisi Pyer Sajın rəhbərliyi altında mövsümə uğursuz başlayıb. Komanda İngiltərə Premyer Liqasında 10 turdan sonra cəmi 7 xal toplayaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.







Transfer