17 noyabr 2026. Çərşənbə axşamı

“Çelsi” “İnter”in müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 22:23 16.11.2026
  • Oxunma sayı: 41
“Çelsi” “İnter”in müdafiəçisini transfer etmək istəyir

İngiltərənin “Çelsi” klubu “İnter”in müdafiəçisi Alessandro Bastoninin transferi ilə maraqlanır.

90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi artıq 27 yaşlı italiyalı futbolçunun transfer imkanlarını dəyərləndirir və İngiltərə klubları arasında bu mübarizədə öndə gedir.Bu barədə TEAMtalk nəşri məlumat yayıb.

Bastoni ilə daha əvvəl “Barselona” da maraqlanıb. Lakin italiyalı müdafiəçinin ətrafına Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flikin futbolçunun öz oyun sisteminə uyğunluğuna tam əmin olmadığı barədə məlumat çatıb. Bu səbəbdən Bastoninin nümayəndələri mümkün transferə Flikin tam dəstək verəcəyinə əmin olmaq istəyirlər.

“Çelsi” ilə yanaşı, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Bavariya” da müdafiəçinin xidmətində maraqlıdır. Bununla belə, Mersisayd təmsilçisi mərkəz müdafiəçisi mövqeyi üzrə uzunmüddətli transfer planları ilə bağlı hələ yekun qərar verməyib.

Qeyd edək ki, Alessandro Bastoninin “İnter”lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Milan klubu futbolçu ilə müqavilənin müddətini uzatmaq niyyətindədir. Tərəflər razılığa gələ bilməsələr, “İnter” gələn yay müdafiəçinin satışını nəzərdən keçirə bilər.







Transfer