- Transfer
- 23:22 16.11.2026
“Tottenhem”in sağ cinah müdafiəçisi Pedro Porronun yaxın gələcəkdə “Barselona”ya transferi gözlənilmir.
90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu qış transfer pəncərəsində Kataloniya klubuna qoşulmayacaq.
Məlumata görə, “Barselona”nın uzun müddətdir maraq göstərdiyi futbolçunun qışda transferi hazırda istisna olunur.
Kataloniya təmsilçisinin maliyyə vəziyyəti bahalı transferlərə imkan vermir. “Transfermarkt” portalı İspaniya millisinin üzvünün bazar dəyərini 45 milyon avro qiymətləndirir.
Qeyd edək ki, futbolçu bu ilin iyun ayında “Tottenhem”lə müqaviləsini 2031-ci ilin yayına qədər uzadıb.