- Transfer
- 02:14 17.11.2026
Təcrübəli müdafiəçi Serxio Ramosun “Malaqa” klubuna keçidi gündəmə gəlib.
90deqiqe.Az-ın “El Nacional”a istinadən məlumatına görə, İspaniya təmsilçisi qış transfer pəncərəsində 40 yaşlı futbolçunu heyətinə qatmağı nəzərdən keçirir.
Məlumata görə, ötən ilin əvvəlindən klubsuz qalan Ramos Meksikanın “Monterrey” komandası ilə yollarını ayırdıqdan sonra fərdi məşqlərini davam etdirir və yeni təklif gözləyir.
“Malaqa”nın müdafiə xəttində problemlər yaşaması və komandada liderlik keyfiyyətlərinin çatışmaması Ramosun transferini aktual variantlardan birinə çevirib. Bildirilir ki, təcrübəli müdafiəçi kluba keçəcəyi təqdirdə kifayət qədər aşağı məvaciblə razılaşa bilər.
Qeyd edək ki, “Malaqa” hazırda İspaniya çempionatının turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.