- Transfer
- 02:22 17.11.2026
“Monako”nun hücumçusu Folarin Baloqun karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu Fransa klubundan ayrılaraq yeni çağırış axtarır.
Məlumata görə, amerikalı hücumçunun maraqlarını təmsil edən agent Jorje Mendeş bir neçə gün əvvəl “Milan” və “Yuventus” rəsmiləri ilə görüşlərdə Baloqunun namizədliyini müzakirəyə çıxarıb.
Transfermarkt portalı futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.
Qeyd edək ki, ABŞ millisinin üzvü olan Baloqun cari mövsümdə “Monako”nun heyətində bütün turnirlər nəzərə alınmaqla yeddi oyunda meydana çıxıb və bir qol vurub.