- Transfer
- 02:22 17.11.2026
“Çelsi” klubu qış transfer pəncərəsində “Barselona”nın iki futbolçusunu heyətinə qatmaq niyyətindədir.
90deqiqe.Az-ın “El Nacional”a istinadən məlumatına görə, İngiltərə təmsilçisi yarımmüdafiəçi Fermin Lopes və müdafiəçi Jül Kunde üçün ümumilikdə 180 milyon avro ödəyə bilər.
Məlumata görə, hər iki futbolçuya marağı “Çelsi”nin baş məşqçisi Xabi Alonso təşəbbüs edib.
London klubu 23 yaşlı Fermin Lopes üçün 120 milyon avro, 28 yaşlı Jül Kunde üçün isə 60 milyon avro təklif etməyi planlaşdırır.
“Barselona” üçün 180 milyon avroluq təklifi nəzərdən qaçırmaq çətin olsa da, Kataloniya klubu mümkün satışların komandanın idman nəticələrinə təsirini də qiymətləndirməlidir.