17 noyabr 2026. Çərşənbə axşamı

“Mançester Yunayted” Diogu Dalotla yollarını ayırmağı planlaşdırır


  • Transfer
  • 02:19 17.11.2026
  • Oxunma sayı: 34
“Mançester Yunayted” Diogu Dalotla yollarını ayırmağı planlaşdırır

“Mançester Yunayted”in müdafiəçisi Diogu Dalot yaxın gələcəkdə klubu tərk edə bilər. 

90deqiqe.Az-ın “Football Insider”ə istinadən məlumatına görə, İngiltərə təmsilçisi portuqaliyalı futbolçunu 2027-ci ildə komandadan göndərməyi nəzərdə tutur. 

Məlumata görə, 27 yaşlı futbolçunun son matçlardakı çıxışı klub rəhbərliyində narahatlıq yaradıb. Bu səbəbdən Dalot ayrılması planlaşdırılan oyunçular siyahısına daxil edilib.

Portuqaliyalı müdafiəçinin “Mançester Yunayted”lə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin ortalarında başa çatır. Klub rəhbərliyi onunla müqaviləni uzatmaq istəmir. Bununla yanaşı, futbolçunun azad agent kimi ayrılmasını da gözləmək niyyətində deyil.

Qeyd edək ki, Transfermarkt portalı Diogu Dalotun bazar dəyərini 30 milyon avro qiymətləndirir.







Transfer