17 noyabr 2026. Çərşənbə axşamı

Deklan Rays “Arsenal”la müqaviləsini 2031-ci ilə qədər uzadacaq


  • Transfer
  • 02:22 17.11.2026
  • Oxunma sayı: 38
Deklan Rays “Arsenal”la müqaviləsini 2031-ci ilə qədər uzadacaq

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays London klubu ilə yeni müqavilə imzalamağa yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər anlaşmanın bütün şərtləri ilə bağlı razılığa gəliblər.

Bildirilib ki, 27 yaşlı futbolçu ilə yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. “Arsenal”ın yaxın vaxtlarda anlaşmanı rəsmən açıqlaması gözlənilir.

Qeyd edək ki, Deklan Rays 2023-cü ilin yayında 116 milyon avrodan artıq məbləğ qarşılığında “Vest Hem”dən “Arsenal”a transfer olunub. Yarımmüdafiəçinin hazırkı müqaviləsi 2028-ci ildə başa çatır.

İngiltərə millisinin üzvü cari mövsümdə Mikel Artetanın rəhbərlik etdiyi komandada bütün turnirlər nəzərə alınmaqla 15 oyuna çıxıb, bir qol vurub və beş məhsuldar ötürmə verib.







Transfer