17 noyabr 2026. Çərşənbə axşamı

İnkapiye “Arsenal”la müqaviləsini 2032-ci ilədək uzadıb


  • Transfer
  • 23:25 17.11.2026
  • Oxunma sayı: 8
 İnkapiye “Arsenal”la müqaviləsini 2032-ci ilədək uzadıb

“Arsenal” ekvadorlu müdafiəçisi Piero İnkapiye ilə yeni müqavilə imzalayıb.  

90deqiqe.Az xəbər verir ki, yeni anlaşmaya əsasən, 24 yaşlı futbolçu 2032-ci ilədək London klubunda çıxış edəcək. u barədə insayder Devid Ornşteyn sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, əvvəlki müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulan İnkapiyenin yeni anlaşma çərçivəsində məvacibi də artırılacaq.

Qeyd edək ki, müdafiəçi 2025-ci ilin yayında “Bayer”dən “Arsenal”a keçib. O, əvvəlcə London klubunda icarə əsasında çıxış edib, 2026-cı ilin yayında isə komandaya tamhüquqlu transfer olunub.

İnkapiye Mikel Artetanın komandasında rotasiya oyunçularından biri hesab olunur. O, cari mövsümdə bütün turnirlərdə doqquz matçda meydana çıxıb. 24 yaşlı futbolçu əsasən sol cinah müdafiəçisi mövqeyində çıxış edir.







Transfer