17 noyabr 2026. Çərşənbə axşamı

“Liverpul” Aleksis Mak Allisterlə müqaviləni uzatmaq istəyir


  • Transfer
  • 23:28 17.11.2026
  • Oxunma sayı: 6
“Liverpul” Aleksis Mak Allisterlə müqaviləni uzatmaq istəyir

“Liverpul” argentinalı yarımmüdafiəçisi Aleksis Mak Allisterlə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb.

90deqiqe.Az xəbər verir ki, 27 yaşlı futbolçunun hazırkı müqaviləsinin müddəti 2028-ci ilin ortalarında başa çatır. Tərəflər arasında danışıqların hansı mərhələdə olduğu yaxın həftələrdə aydınlaşacaq.

Qeyd edək ki, Aleksis Mak Allister daha əvvəl klub rəhbərliyinin müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamağa tələsməməsindən narahatlığını ifadə etmişdi. Futbolçunun atası isə ötən günlərdə vəziyyətin ilin sonunadək dəyişə biləcəyini bildirmişdi.

Argentinalı yarımmüdafiəçi cari mövsümdə “Liverpul”un heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, beş qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer