17 noyabr 2026. Çərşənbə axşamı

“Liverpul” Ronald Arauxonu komandada saxlamaq istəyir, lakin...


  • Transfer
  • 23:40 17.11.2026
  • Oxunma sayı: 7
“Liverpul” Ronald Arauxonu komandada saxlamaq istəyir, lakin...

“Liverpul” icarə əsasında “Barselona”dan heyətinə qatdığı Ronald Arauxonun çıxışından razıdır.

90deqiqe.Az-ın “Sport.es”ə istinadən məlumatına görə, Mersisayd təmsilçisi uruqvaylı müdafiəçini komandada saxlamaq niyyətindədir.Bununla belə, İngiltərə klubu futbolçunun müqaviləsində nəzərdə tutulan 55 milyon avroluq satınalma bəndindən istifadə etməyi planlaşdırmır.

Mənbənin bildirdiyinə görə, “Liverpul” rəhbərliyi müəyyənləşdirilmiş məbləği həddindən artıq yüksək hesab edir və mövsümün sonunda kataloniyalılarla danışıqlar aparmaq niyyətindədir.

Arauxonun özü də razılaşmanın əldə olunmasına kömək edə bilər. Belə ki, uruqvaylı futbolçu “Liverpul”da özünü getdikcə daha rahat hiss edir və Hansi Flikin rəhbərliyi altında “Barselona”da yetərincə oyun vaxtı qazana bilməyəcəyini anlayır.

Arauxo İngiltərə Premyer Liqasında hər 90 dəqiqəyə orta hesabla 4,2 hava mübarizəsi qazanır. Optanın statistikasına əsasən, “Liverpul”da keçirdiyi ilk oyunlarda o, 38 hava mübarizəsinin 27-də qalib gəlib. Bu, 71,1 faizlik göstəricidir. Komandada bu baxımdan daha yaxşı nəticə yalnız Vircil van Deykə məxsusdur.







Transfer