18 noyabr 2026. Çərşənbə

“Real Madrid” Antonio Rüdigerlə bağlı qərarını verib


  • Transfer
  • 23:43 17.11.2026
  • Oxunma sayı: 11
“Real Madrid” Antonio Rüdigerlə bağlı qərarını verib

“Real Madrid” almaniyalı müdafiəçi Antonio Rüdigerlə mövsümün sonunda yollarını ayırmaq niyyətindədir.

90deqiqe.Az-ın məlumatına görə, Madrid təmsilçisi 33 yaşlı futbolçunun başa çatacaq müqaviləsini yeniləməyi planlaşdırmır.Bu barədə jurnalist Xorxe Pikon məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, klubda Rüdigerin gələn yay komandadan ayrılması artıq həll olunmuş məsələ kimi qəbul edilir.

Almaniyalı müdafiəçi 2022-ci ildən “Real Madrid”in formasını geyinir. O, cari mövsümdə komandanın heyətində yeddi oyuna çıxıb və iki qol vurub.

Bundan başqa, madridlilərin digər müdafiəçisi Raul Asensionun da komandadan ayrılması istisna edilmir. “Real Madrid” rəhbərliyi gələcək mövsümlər üçün heyəti gücləndirmək məqsədilə yeni mərkəz müdafiəçisi axtarışındadır.







Transfer