18 noyabr 2026. Çərşənbə

“Liverpul” və “Çelsi” də “Mançester Yunayted”in transfer hədəfinə göz dikib


  • Transfer
  • 23:59 17.11.2026
  • Oxunma sayı: 8
“Liverpul” və “Çelsi” də “Mançester Yunayted”in transfer hədəfinə göz dikib

“Mançester Yunayted” “Fulhem”in sol cinah müdafiəçisi Entoni Robinsonun transferi ilə yenidən maraqlanır.

90deqiqe.Az-ın məlumatına görə, Mançester təmsilçisi 29 yaşlı futbolçunu heyətinə qatmaq üçün 30 milyon avro təklif etməyə hazırdır.

“Mançester Yunayted” futbolçu üçün 25 milyon funt sterlinq (təxminən 30 milyon avro) ödəməyi nəzərdən keçirir.

Robinsonla “Liverpul”, “Nyukasl” və “Çelsi” də maraqlanır. Bildirilir ki, “Fulhem” ABŞ millisinin üzvünün transferi üçün 35 milyon funt sterlinq (təxminən 42 milyon avro) tələb edir.

“Qırmızı şeytanlar” daha əvvəl də amerikalı müdafiəçinin xidmətində maraqlı olsalar da, danışıqlar konkret mərhələyə çatmamışdı. Maurisio Poçettinonun “Mançester Yunayted”in baş məşqçisi təyin olunmasından sonra bu transfer ehtimalı yenidən gündəmə gəlib. Argentinalı mütəxəssis Robinsonu ABŞ millisində birgə fəaliyyətləri dövründən tanıyır.







Transfer