18 noyabr 2026. Çərşənbə

Qvardiola Səudiyyə Ərəbistanından gələn təklifləri nəzərdən keçirmək istəmir


  • Transfer
  • 21:18 18.11.2026
  • Oxunma sayı: 48
Qvardiola Səudiyyə Ərəbistanından gələn təklifləri nəzərdən keçirmək istəmir

Məşhur məşqçi Pep Qvardiolanın agenti Xosep Mariya Orobitiq mütəxəssisə Səudiyyə Ərəbistanından daxil olan təkliflər barədə açıqlama verib.

90deqiqe.Az-ın “Al Riyadiyah” qəzetinə istinadən məlumatına görə, onun sözlərinə görə, Qvardiola hazırda bu variantların heç birini nəzərdən keçirmək niyyətində deyil.

“Son bir neçə gündə vasitəçilər üzərindən Səudiyyə Ərəbistanından təkliflər almışıq. Lakin Qvardiola bu variantların heç birini nəzərdən keçirməkdən qəti şəkildə imtina edir. Pep gələcəyi ilə bağlı rəsmi müzakirələrə növbəti mövsümün başlanmasına yaxın vaxtda başlayacaq. Hazırkı məqamda onun yekun qərarı budur”, – deyə agent bildirib.

Qeyd edək ki, Pep Qvardiola 2016-2026-cı illərdə “Mançester Siti”yə rəhbərlik edib və komanda ilə çoxsaylı titullar qazanıb. Hazırda ispaniyalı mütəxəssis məşqçilik fəaliyyətinə fasilə verərək istirahət edir.







Transfer