18 noyabr 2026. Çərşənbə

“Milan” 60 milyon avroluq hücumçu ilə maraqlanır


  • Transfer
  • 21:56 18.11.2026
  • Oxunma sayı: 57
“Milan” 60 milyon avroluq hücumçu ilə maraqlanır

İtaliyanın “Milan” klubu “Brügge”nin hücumçusu Nikolo Trezoldinin transferi ilə bağlı danışıqlara başlamağa hazırdır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Bununla belə, “Milan”ın belçikalı klubun tələb etdiyi 60 milyon avronu ödəməyə razı olub-olmayacağı hələlik bəlli deyil. Trezoldi hücum xəttini gücləndirmək üçün əsas namizəd kimi nəzərdən keçirilir.

Qeyd edək ki, İtaliyada anadan olan Trezoldi yeniyetmə yaşlarında Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib. O, cari mövsümdə klub və beynəlxalq turnirlərdə ümumilikdə 18 qol vurub.

Mənbənin məlumatına görə, futbolçu və ailəsi Milana köçməyə müsbət yanaşır. “Milan” isə Trezoldinin sevimli komandasıdır.







Transfer