18 noyabr 2026. Çərşənbə

“Liverpul” Aleks Skott üçün 96 milyon avro ödəyə bilər


  • Transfer
  • 22:49 18.11.2026
  • Oxunma sayı: 48
“Liverpul” Aleks Skott üçün 96 milyon avro ödəyə bilər

“Liverpul” “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottun transferi uğrunda mübarizə aparır.

90deqiqe.Az-ın  “Sky Sports News”a istinadən məlumatına görə, Mersisayd təmsilçisi 23 yaşlı futbolçunu orta xətti gücləndirmək üçün ideal namizəd hesab edir.

“Qırmızılar”ın baş məşqçisi Andoni İraola “Bornmut”da birgə çalışdıqları dövrdən Skottu yaxından tanıyır və onun futbolçu keyfiyyətlərinə yüksək qiymət verir.

Transferin “Liverpul”a 75-80 milyon funt-sterlinqə (90-96 milyon avro) başa gələ biləcəyi bildirilir. “Bornmut” rəhbərliyi futbolçu ilə müqavilənin uzadılması istiqamətində aparılan danışıqların uğursuz nəticələnməsindən sonra onun satışına münasibətini yumşaldıb.

23 yaşlı yarımmüdafiəçiyə “Arsenal” və “Çelsi” də maraq göstərir. Lakin “topçular” Skottu transfer etməzdən əvvəl yarımmüdafiəçilərindən birini satmalıdırlar. “Çelsi”nin isə başqa transfer hədəfləri də var.







Transfer