19 noyabr 2026. Cümə axşamı

“Arsenal” və “Milan” “Bavariya”nın müdafiəçisinə göz dikib


  • Transfer
  • 23:56 18.11.2026
  • Oxunma sayı: 32
“Arsenal” və “Milan” “Bavariya”nın müdafiəçisinə göz dikib

Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Kim Min Ce karyerasını başqa komandada davam etdirə bilər.  

90deqiqe.Az-ın məlumatına görə, Münhen təmsilçisi cənubi koreyalı futbolçu ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır. Bu barədə jurnalist Ekrem Konur sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, “Tottenhem”, “Arsenal”, “Aston Villa” və “Milan” 30 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Türkiyənin “Fənərbağça” klubu da futbolçunun vəziyyətini izləyir.

“Transfermarkt” portalı Kim Min Cenin bazar dəyərini 20 milyon avro qiymətləndirir. Lakin “Bavariya” onun satışından təxminən 30 milyon avro qazanmağı hədəfləyir.

Qeyd edək ki, mərkəz müdafiəçisinin Münhen klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.







Transfer