- Transfer
- 00:00 19.11.2026
“Everton”un baş məşqçisi Devid Moyes Şotlandiya millisinə rəhbərlik etməyə maraq göstərir.
90deqiqe.Az-ın məlumatına görə, 63 yaşlı mütəxəssis bunu məşqçilik karyerasının son mərhələsində “arzuladığı iş” hesab edir.Bu barədə “Football Insider” məlumat yayıb.
Mövcud mövsüm Moyes üçün “Everton”un baş məşqçisi postunda sonuncu ola bilər. Onun klubla müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Lakin komandanın gələcək sahibləri ilə bağlı qeyri-müəyyənlik səbəbindən müqavilənin uzadılması istiqamətində danışıqlarda irəliləyiş yoxdur.
Moyes yay transfer kampaniyasından narazı qalıb və məşqçilik karyerasını başa vurmamış Şotlandiya millisinə rəhbərlik etmək istəyir.
Bununla yanaşı, “Seltik” də təcrübəli mütəxəssisin xidmətində maraqlıdır. Qlazqo klubu onu Martin O'Nillin mümkün əvəzləyicilərindən biri kimi nəzərdən keçirir.
Hazırda Şotlandiya millisinə Sebastyan Pokonyoli rəhbərlik edir. Komanda onun başçılığı altında keçirdiyi altı oyunda iki qələbə qazanıb.