- Transfer
- 22:57 19.11.2026
“Real Madrid”in sağ cinah hücumçusu Brahim Dias ötən yay İtaliya klublarından gələn təklifləri nəzərdən keçirməkdən imtina edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb.
Bildirilib ki, futbolçu Madrid klubuna bağlılığı səbəbindən İtaliyadan gələn bütün təkliflərə məhəl qoymayıb. Bununla belə, Diasın hazırda “Real”ın heyətində az oyun şansı qazanmasından narazı olduğu qeyd edilir.
Brahim Dias bu mövsüm İspaniya La Liqasında altı oyunda meydana çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb. Onun Madrid klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.
Qeyd edək ki, “Real Madrid” növbəti oyununu noyabrın 21-də İspaniya çempionatı çərçivəsində “Selta”ya qarşı keçirəcək.