19 noyabr 2026. Cümə axşamı

Ulduz futbolçuya Türkiyə klublarından təklif - De Bruyne karyerasını harada davam etdirəcək?


  • Transfer
  • 23:18 19.11.2026
  • Oxunma sayı: 54
Ulduz futbolçuya Türkiyə klublarından təklif  - De Bruyne karyerasını harada davam etdirəcək?

“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruynenin qış transfer pəncərəsində komandasını dəyişəcəyi gözlənilir.

90deqiqe.Az xəbər verir ki, 35 yaşlı belçikalı futbolçunun xidmətləri vasitəçilər tərəfindən Türkiyənin “Fənərbağça” və “Qalatasaray” klublarına təklif olunub. Bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.

Bununla belə, hər iki İstanbul təmsilçisi futbolçunun yüksək maaşı və yaşı səbəbindən onun transferinə ciddi maraq göstərmir.

“Napoli” De Bruynenin transferi üçün təxminən 10 milyon avro tələb edir. Niderlandın PSV klubu artıq belçikalı yarımmüdafiəçi ilə bağlı rəsmi təklif irəli sürsə də, “Napoli” bu təklifi qəbul etməyib.

Bundan başqa, İngiltərənin “Everton” klubu, eləcə də Səudiyyə Ərəbistanı çempionatı və MLS təmsilçiləri futbolçunun vəziyyətini izləyirlər.

Qeyd olunur ki, De Bruyne karyerasını Avropada davam etdirməyə üstünlük verir.







Transfer