19 noyabr 2026. Cümə axşamı

“Arsenal” “Leypsiq”in futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 23:40 19.11.2026
  • Oxunma sayı: 12
“Arsenal” “Leypsiq”in futbolçusunu transfer etmək istəyir

İngiltərənin “Arsenal” klubu “Leypsiq”in norveçli cinah hücumçusu Antonio Nusanı transfer etmək niyyətindədir.

90deqiqe.Az-ın  “Actu Foot”a istinadən məlumatına görə, London təmsilçisi 21 yaşlı futbolçu ilə bağlı danışıqları sürətləndirməyi və mümkün qədər tez razılıq əldə etməyi planlaşdırır.

 Almaniya klubunun rəhbərliyi əsas futbolçularından birini qış transfer pəncərəsində satmaq niyyətində deyil. Bu səbəbdən Nusanın “Arsenal”a keçidinin gələn yay baş tutması daha real görünür.

“Transfermarkt” portalı norveçli futbolçunun bazar dəyərini 45 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Antonio Nusa cari mövsümdə “Leypsiq”in heyətində meydana çıxdığı 15 oyunda altı qol vurub və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer