- Transfer
- 23:47 19.11.2026
“Liverpul”un müdafiəçisi Vircil van Deyk və qapıçısı Alisson Bekker klubla müqavilələrini uzada bilərlər.
90deqiqe.Az xəbər verir ki, hər iki futbolçu Mersisayd təmsilçisində qalmaq və yeni müqavilə imzalamaq niyyətindədir. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Bununla belə, futbolçuların gələcəyi ilə bağlı vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır. Belə ki, hər iki təcrübəli oyunçuya İtaliya klublarından maraq var.
Məlumata görə, “Milan” 35 yaşlı niderlandlı müdafiəçi Vircil van Deykin vəziyyətini yaxından izləyir. “Yuventus” isə ötən yay 34 yaşlı braziliyalı qapıçı Alisson Bekkeri heyətinə qatmağa çalışıb.
Qeyd edək ki, hər iki futbolçunun hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. Bu səbəbdən onlar yanvarın 1-dən etibarən xarici klublarla sərbəst şəkildə danışıqlar apara bilərlər.