20 noyabr 2026. Cümə

“Çelsi” fransalı futbolçusu üçün 90 milyon avro tələb edir


  • Transfer
  • 23:13 20.11.2026
  • Oxunma sayı: 17
“Çelsi” fransalı futbolçusu üçün 90 milyon avro tələb edir

“Çelsi” fransalı müdafiəçisi Malo Qüstonun qış transfer pəncərəsində satışına razı ola bilər.

90deqiqe.Az-ın  “The Athletic”ə istinadən məlumatına görə, London klubu 23 yaşlı futbolçu üçün ən azı 90 milyon avro almaq niyyətindədir.

Mənbənin məlumatına görə, “Çelsi” yalnız göstərilən məbləğdə təklif alacağı təqdirdə fransalı müdafiəçinin satışına razılıq verəcək.

Qeyd edək ki, Malo Qüsto 2023-cü ildən “Çelsi”də çıxış edir. O, London klubuna Fransanın “Lion” komandasında transfer olunub. Müdafiəçinin klubla hazırkı müqaviləsi 2030-cu ilin ortalarına qədər qüvvədədir.

Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 35 milyon avro qiymətləndirilir.







Transfer