- Transfer
- 23:31 20.11.2026
PSJ-nin qapıçısı Luka Şevalye qış transfer pəncərəsində Paris klubunu tərk edə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Canal+" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Paris təmsilçisinin rəhbərliyi 24 yaşlı qolkiperin qışda satışını və ya icarəyə verilməsini nəzərdən keçirir.
Əsas heyətdə yer uğrunda rəqabətdə Rusiya millisinin qapıçısı Matvey Səfonova uduzan Şevalyenin transfer dəyərinin aşağı düşməsi klub rəhbərliyini narahat edir.
Qeyd olunur ki, fransalı qapıçı komandadan ayrılacağı təqdirdə, “PSJ” transfer bazarında Səfonova rəqabət yaradacaq yeni qolkiper axtarışına başlayacaq.
Xatırladaq ki, Şevalye cari mövsümdə hələ heç bir oyunda meydana çıxmayıb. Transfermarkt portalının məlumatına əsasən, onun bazar dəyəri 22 milyon avro təşkil edir.