- Transfer
- 23:59 20.11.2026
Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Feliks Nmeça Avropanın transfer bazarında ən çox müzakirə olunan futbolçulardan biri olaraq qalır.
90deqiqe.Az xəbər verir ki, insayder Ekrem Konur bu barədə “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Madrid “Real”ı almaniyalı futbolçunun çıxışını yaxından izləyir.
Məlumata əsasən, “Mançester Siti” də yetirməsini yenidən heyətinə qaytarmaqda maraqlıdır. Nmeça ilə ciddi şəkildə maraqlanan digər klublar arasında İngiltərənin “Mançester Yunayted”, “Liverpul” və “Nyukasl” komandalarının da adları çəkilir.
Nmeça 2021-ci ilin yayında “Mançester Siti”nin gənclər komandası ilə yollarını ayıraraq Almaniyanın “Volfsburq” klubuna keçib. İki il sonra isə Dortmund “Borussiya”sı ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Almaniya millisinin 26 yaşlı üzvü cari mövsümdə Bundesliqada keçirdiyi 9 oyunda 4 qol vurub.