21 noyabr 2026. Şənbə

“Mançester Yunayted” “Monako”nun hücumçusunu transfer etmək istəyir


  • Transfer
  • 23:57 20.11.2026
  • Oxunma sayı: 14
“Mançester Yunayted” “Monako”nun hücumçusunu transfer etmək istəyir

Fransanın “Monako” klubunun amerikalı hücumçusu Folarin Baloqun karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə “The i Paper” qəzeti məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, “qırmızı şeytanlar” qış transfer pəncərəsində Baloqunu heyətinə qatmaq imkanını nəzərdən keçirir. Klub hücum xəttini gücləndirməyi planlaşdırır.

Qeyd olunur ki, “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə bu yaxınlarda Maurisio Poçettino təyin olunub. Argentinalı mütəxəssis daha əvvəl ABŞ millisinə rəhbərlik edib və Baloqunu yaxından tanıyır.

25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə yeddi oyunda meydana çıxıb və bir qola imza atıb. “Transfermarkt” portalı onun bazar dəyərini 50 milyon avro qiymətləndirir.







Transfer