- Transfer
- 23:59 20.11.2026
İngiltərənin “Brayton” klubunun dayaq yarımmüdafiəçisi Çema Andres Madrid “Real”ının maraq dairəsinə düşüb.
90deqiqe.Az xəbər verir ki, bu barədə “TEAMtalk” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “kral klubu” gələcəkdə yetirməsini yenidən heyətinə qatmaq imkanını nəzərdən keçirir. “Real Madrid” 2025-ci ildə komandadan ayrılan futbolçunun inkişafını mütəmadi olaraq izləyir.
Bununla yanaşı, “Brayton” 21 yaşlı yarımmüdafiəçini yüksək qiymətləndirir və onu satmaq niyyətində deyil. İspaniyalı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Andres cari mövsümdə “Brayton”un heyətində 9 matçda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalının məlumatına görə, ispaniyalı futbolçunun bazar dəyəri 24 milyon avrodur.