21 noyabr 2026. Şənbə

“Roma” “Çelsi”nin futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 02:11 21.11.2026
  • Oxunma sayı: 60
“Roma” “Çelsi”nin futbolçusunu transfer etmək istəyir

İtaliyanın “Roma” klubu İngiltərənin “Çelsi” komandasının cinah hücumçusu Ceymi Gittensin transferi ilə maraqlanır.

90deqiqe.Az-ın  “Corriere dello Sport”a istinadən məlumatına görə, paytaxt təmsilçisi 22 yaşlı futbolçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

“Canavarlar” Gittensin qışda transfer bazarında yüksək tələbatla üzləşməyəcəyinə ümid edir. İtaliya klubu futbolçunu satınalma hüququ ilə icarəyə götürmək variantını nəzərdən keçirir. Müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə satınalma öhdəliyinin də müqaviləyə daxil edilməsi mümkündür.

Qeyd edək ki, Ceymi Gittens bu mövsüm İngiltərə Liqa Kubokunda iki oyunda iştirak edib. Onun “Çelsi” ilə mövcud müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir.

Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 25 milyon avro təşkil edir.







Transfer