21 noyabr 2026. Şənbə

“Arsenal” və “Real Madrid” “Bavariya”nın futbolçusu ilə maraqlanır


  • Transfer
  • 08:19 21.11.2026
  • Oxunma sayı: 14
“Arsenal” və “Real Madrid” “Bavariya”nın futbolçusu ilə maraqlanır

İngiltərənin “Arsenal” klubu Almaniyanın “Bavariya” komandasının vingeri Maykl Oliseni heyətinə qatmaq istəyir.

90deqiqe.Az-ın “Sport Bild”ə istinadən məlumatına görə, London təmsilçisi ilə yanaşı, İspaniyanın “Real Madrid” klubu da 24 yaşlı fransalı futbolçunun xidmətində maraqlıdır.

Bununla belə, Münhen təmsilçisi Oliseni satmağı planlaşdırmır. Əksinə, klub rəhbərliyi onunla müqavilənin müddətini uzatmaq və maaşını artırmaq niyyətindədir.

Qeyd edək ki, Maykl Olise bu mövsüm bütün turnirlərdə 15 oyunda meydana çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə verib. Futbolçunun “Bavariya” ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Transfermarkt portalının məlumatına əsasən, fransalı vingerin bazar dəyəri 180 milyon avro təşkil edir.







Transfer