- Transfer
- 11:28 21.11.2026
İngiltərənin “Mançester Yunayted” klubunun İtaliyanın “Yuventus” komandasının yarımmüdafiəçisi Veston Makkenni ilə maraqlandığı barədə xəbərlər yayılıb.
90deqiqe.Az-ın məlumatına görə, bu iddiaların ortaya çıxmasına Mançester təmsilçisinin baş məşqçisi Maurisio Poçettinonun adı səbəb olub. Belə ki, argentinalı mütəxəssis 28 yaşlı futbolçu ilə ABŞ millisində birgə çalışıb.
Lakin İngiltərə klubu amerikalı yarımmüdafiəçinin transferi üzərində iş aparmır.
Veston Makkenni daha əvvəl ABŞ millisindəki komanda yoldaşlarından birinin Poçettinonun rəhbərliyi altında “Mançester Yunayted”ə keçə biləcəyini istisna etməyərək transfer şayiələrini gücləndirib. Bununla belə, futbolçu sonradan “Yuventus”dan ayrılmaq niyyətində olmadığını açıqlayıb.
Qeyd edək ki, Transfermarkt portalı Veston Makkenninin bazar dəyərini 30 milyon avro qiymətləndirir.