- Transfer
- 11:28 21.11.2026
“Barselona” klubunun baş məşqçisi Hansi Flikin “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martinesin mümkün transferinə münasibəti bəlli olub.
90deqiqe.Az-ın “Diario SPORT”a istinadən məlumatına görə, argentinalı futbolçunun agenti daha əvvəl onun xidmətlərini Kataloniya təmsilçisinə təklif edib. Lakin idman direktoru Deku bu təklifi qəbul etməyib.
Məlumata əsasən, Hansi Flik də Dekunun mövqeyini dəstəkləyir. Almaniyalı mütəxəssis Martinesin “Barselona”nın oyun üslubuna uyğun gəlmədiyini düşünür.
Bununla belə, 28 yaşlı müdafiəçi klubun transfer siyahısında qalır. Digər namizədlərlə razılıq əldə olunmasa, onun transfer məsələsinə yenidən baxıla bilər.
Qeyd edək ki, Lisandro Martinesin “Mançester Yunayted”lə müqaviləsi cari mövsümün sonunda başa çatır.