21 noyabr 2026. Şənbə

“Monako” Paris Brunnerlə müqavilənin müddətini uzatmaq barədə razılığa gəlib


  • Transfer
  • 13:37 21.11.2026
  • Oxunma sayı: 16
“Monako” Paris Brunnerlə müqavilənin müddətini uzatmaq barədə razılığa gəlib

Fransanın “Monako” klubu hücumçusu Paris Brunnerlə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

90deqiqe.Az-ın  “Get French Football News”a istinadən məlumatına görə, 20 yaşlı futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir. Yeni razılaşmanın müddətinin daha iki il uzadılması gözlənilir.

Bir neçə aparıcı Avropa klubunun marağına baxmayaraq, Brunner karyerasını “Monako”da davam etdirmək qərarına gəlib. Daha əvvəl futbolçunun mümkün transferi ilə Dortmund “Borussiya”sının da maraqlandığı bildirilirdi. Almaniyalı hücumçu vaxtilə bu klubun akademiyasında yetişsə də, əsas komandada debüt etməyib.

Qeyd edək ki, Brunner cari mövsümdə bütün turnirlərdə 13 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 8 qol vurub və 1 məhsuldar ötürmə verib. Futbolçu 13 matçın 12-də start heyətində meydana çıxıb.







Transfer