22 noyabr 2026. Bazar günü

Skott Maktominey “Mançester Yunayted”ə qayıda bilər


  • Transfer
  • 20:17 22.11.2026
  • Oxunma sayı: 52
Skott Maktominey “Mançester Yunayted”ə qayıda bilər

“Napoli”nin yarımmüdafiəçisi Skott Maktomineyin gələcəyi ilə bağlı qeyri-müəyyənlik onun “Mançester Yunayted”ə mümkün qayıdışını gündəmə gətirib.

90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, İtaliya klubu hazırda 29 yaşlı futbolçu ilə müqavilənin uzadılması istiqamətində danışıqlar aparmır. 

Mənbənin bildirdiyinə görə, şotlandiyalı futbolçunun vasitəçiləri artıq onun üçün yeni klub axtarışına başlayıblar. “Mançester Yunayted” rəhbərliyi də yarımmüdafiəçinin mümkün qayıdışı variantı barədə məlumatlandırılıb.

Qeyd edək ki, Maktomineyin hazırkı sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədədir. Skott Maktominey 2024-cü ilin yayında “Mançester Yunayted”dən “Napoli”yə transfer olunub. O, İngiltərə klubunun əsas komandasında 255 oyuna çıxıb, 29 qol vurub və 8 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 40 milyon avro təşkil edir.







Transfer