23 noyabr 2026. Bazar ertəsi

PSJ “Vilyarreal”ın futbolçusunu transfer etmək istəyir


  • Transfer
  • 22:24 23.11.2026
  • Oxunma sayı: 39
PSJ “Vilyarreal”ın futbolçusunu transfer etmək istəyir

“Vilyarreal”ın cinah hücumçusu Alberto Moleyro PSJ-nin transfer marağına düşüb.

90deqiqe.Az-ın məlumatına görə, Paris təmsilçisi Desire Due və Xviça Kvaratsxeliyanın zədələnməsindən sonra hücum xəttini gücləndirmək niyyətindədir.

23 yaşlı ispaniyalı futbolçu PSJ-nin nəzərdən keçirdiyi namizədlər arasındadır.

“Vilyarreal”ın yanvar ayında əsas oyunçularından birinin satışına razılıq verməsi inandırıcı görünmür. Bununla belə, PSJ rəhbərliyi Moleyronun oyun üslubunu cəlbedici hesab edir və futbolçunun vəziyyətini yaxından izləməyə davam edəcək.

Qeyd edək ki, Alberto Moleyro cari mövsümdə keçirdiyi 18 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə verib. “Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, futbolçunun bazar dəyəri 50 milyon avrodur.







Transfer