- Transfer
- 22:57 23.11.2026
“Mançester Yunayted” uğursuz keçən mövsümü xilas etmək üçün qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.
90deqiqe.Az-ın “The Times” nəşrinə istinadən məlumatına görə, “qırmızı şeytanlar” rəhbərliyi yeni hücumçunun transferini prioritet vəzifə kimi müəyyənləşdirib. Bu mövqeyə əsas namizəd “Monako”nun futbolçusu Folarin Baloqundur.
Baloqun ABŞ millisində birgə çalışdığı baş məşqçi Maurisio Poçettino ilə yenidən bir araya gəlmək istəyir.
Qeyd edək ki, daha əvvəl də Mançester təmsilçisinin 25 yaşlı hücumçuya maraq göstərdiyi iddia olunurdu
“Mançester Yunayted” Premyer Liqanın 11 turundan sonra 8 xalla turnir cədvəlinin sondan əvvəlki pilləsində qərarlaşıb.