- Transfer
- 22:57 23.11.2026
“Real Madrid”in hücumçusu Endrik karyerasını İtaliyada davam etdirə bilər.
90deqiqe.Az-ın “La SER”ə istinadən məlumatına görə, “Milan” yanvar transfer pəncərəsində 20 yaşlı futbolçu üçün 70 milyon avroluq təklif hazırlayır.
Braziliyalı futbolçunun gələcəyi ilə bağlı son qərarı futbolçunun özü verməlidir. Onun agentləri transferin reallaşmasında maraqlıdırlar. Lakin “Real Madrid”in baş məşqçisi Joze Mourinyo hücumçunu komandada saxlamaq istəyir.
Qeyd edək ki, daha əvvəl “Milan” rəhbərliyi də Endrikə maraq göstərdiklərini təsdiqləmişdi.
Braziliyalı futbolçu indiyədək “Real Madrid”in heyətində 48 rəsmi oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.