- Transfer
- 23:27 23.11.2026
“Əl-Nəsr”in hücumçusu Joau Feliks yaxın gələcəkdə Avropanın aparıcı çempionatlarından birinə qayıda bilər.
90deqiqe.Az-ın “4-4-2” portalına istinadən məlumatına görə, 27 yaşlı futbolçu ilə “Barselona”, “Çelsi”, “Tottenhem”, “Yuventus” və “Napoli” maraqlanır. Hazırda portuqaliyalı hücumçunun transferində ən ciddi niyyətli tərəf “Napoli”dir.
Bununla belə, “Əl-Nəsr” Felikslə yollarını ayırmaq istəmir və onu komandada saxlamaq üçün əlindən gələni edəcək. Yanvar ayında transferin reallaşması isə demək olar ki, istisna olunur.
Potensial transferin dəyərinin 45 milyon avro olacağı bildirilir. Qeyd edək ki, Feliks daha əvvəl “Barselona” və “Çelsi”də də çıxış edib.
Portuqaliyalı futbolçu bu mövsüm Ər-Riyad təmsilçisinin heyətində 15 oyunda yeddi qol vurub və 11 məhsuldar ötürmə verib.