24 noyabr 2026. Çərşənbə axşamı

“Liverpul” və “Brayton” 17 yaşlı futbolçu uğrunda mübarizəyə başlayıb


  • Transfer
  • 23:55 23.11.2026
  • Oxunma sayı: 54
“Liverpul” və “Brayton” 17 yaşlı futbolçu uğrunda mübarizəyə başlayıb

İngiltərənin “Liverpul” və “Brayton” klubları Mönhenqladbax “Borussiya”sının 17 yaşlı yarımmüdafiəçisi Vael Moxyanın transferi ilə maraqlanır.

90deqiqe.Az-ın “Football 365” nəşrinə istinadən məlumatına görə,  gənc futbolçu artıq Almaniya klubunun tarixinə düşüb. Belə ki, Moxya “Borussiya”nın heyətində meydana çıxan və qol vuran ən gənc oyunçu olub.

O, cari mövsümdə bütün turnirlərdə keçirdiyi oyunlarda üç qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Gənc yarımmüdafiəçi Almaniya milli komandasına da dəvət alıb.

Moxyanın Mönhenqladbax təmsilçisi ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir. “Borussiya” qış transfer pəncərəsində futbolçunu satmaq niyyətində deyil və onunla müqaviləni uzatmağı planlaşdırır. Buna baxmayaraq, klub gənc istedadının transfer qiymətini minimum 45 milyon avro müəyyənləşdirib.

Qeyd edək ki, futbolçunun transferi ilə bağlı klublar arasında hələlik rəsmi danışıqlar aparılmayıb.







Transfer