- Transfer
- 23:58 23.11.2026
“Roma”nın hücumçusu Donyel Malen karyerasını yenidən İngiltərə çempionatında davam etdirmək ehtimalını istisna etmir.
90deqiqe.Az-ın “GiveMeSport” nəşrinə istinadən məlumatına görə, paytaxt təmsilçisi bombardirini komandada saxlamaq niyyətindədir. Bundan əlavə, “Roma” rəhbərliyi hücumçuya daha sərfəli şərtlərlə yeni müqavilə təklif edə bilər.
Malenin klubla müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.
Niderlandlı futbolçu daha əvvəl formasını geyindiyi “Aston Villa”dan ayrıldıqdan sonra “Roma”ya keçib. İngiltərə klubunda keçirdiyi 46 oyunda 10 qol vuran hücumçu İtaliya təmsilçisində mərkəz hücumçusu mövqeyində müntəzəm oynamağa başlayıb və məhsuldarlığını xeyli artırıb.
Malen son olaraq “Parma” ilə matçda (5:1) dörd qol vuraraq diqqət çəkib. Bununla da onun 2026-cı ildə A Seriyasında vurduğu qolların sayı 26-ya çatıb. Bu göstərici “Roma”nın sabiq futbolçusu Pedro Manfredininin 1960-cı ildə müəyyənləşdirdiyi klub rekordunun təkrarıdır.
Qeyd edək ki, daha əvvəl 27 yaşlı futbolçu ilə “Mançester Yunayted” və “Tottenhem” klubları da maraqlanıb.