24 noyabr 2026. Çərşənbə axşamı

Səudiyyə Ərəbistanı çempionatında legioner limiti dəyişdirilə bilər


  • Transfer
  • 00:11 24.11.2026
  • Oxunma sayı: 50
Səudiyyə Ərəbistanı çempionatında legioner limiti dəyişdirilə bilər

Səudiyyə Ərəbistanı çempionatında 2027/2028 mövsümündən etibarən əcnəbi futbolçuların sayının artırılması məsələsi müzakirə olunur.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Asharq Al-Awsat” nəşri məlumat yayıb.

Məlumata görə, bir neçə variant nəzərdən keçirilir. Bunlara legioner limitinin 14, 16 və ya 18 futbolçuya qədər artırılması, eləcə də limitin tamamilə ləğv edilməsi daxildir. Bununla belə, istənilən dəyişiklik ciddi maliyyə və tənzimləyici məhdudiyyətlərlə müşayiət olunacaq.

Təşəbbüsün əsas məqsədlərindən biri Səudiyyə Ərəbistanı futbolçularını xarici klublara keçməyə, həmçinin aparıcı komandaları tərk edərək daha az büdcəyə malik klublarda çıxış etməyə təşviq etməkdir. Bununla yerli futbolçuların oyun təcrübəsinin artırılması hədəflənir.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyası artıq klublara yerli futbolçuların inkişafı, akademiyaların rolu, oyun təcrübəsi və legionerlərin səudiyyəli futbolçuların səviyyəsinə təsiri ilə bağlı suallardan ibarət sorğu göndərib.

Hazırda ölkə klubları iştirak ərizəsinə maksimum 10 əcnəbi futbolçu daxil edə bilər. Onlardan 8-nin eyni vaxtda meydanda olmasına icazə verilir.







Transfer